ABŞ "taliblər"ə qarşı əlavə sanksiyalar tətbiqini istisna etməyib

ABŞ "taliblər"ə qarşı əlavə sanksiyalar tətbiqini istisna etməyib "Taliban" Əfqanıstanı idarə etməkdə dünya ictimaiyyətinin gözlədiyi şəkildə hərəkət etməsə, əlavə beynəlxalq sanksiyalarla üzləşə bilər.
Digər ölkələr
14 Sentyabr , 2021 20:22
ABŞ taliblərə qarşı əlavə sanksiyalar tətbiqini istisna etməyib
Entoni Blinken

"Taliban" Əfqanıstanı idarə etməkdə dünya ictimaiyyətinin gözlədiyi şəkildə hərəkət etməsə, əlavə beynəlxalq sanksiyalarla üzləşə bilər.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

BMT Təhlükəsizlik Şurasının "Taliban"a qarşı tətbiq etdiyi sanksiyalardan bəhs edən dinləmələrə qatılan Blinken deyib ki, hazırkı sanksiyaların ləğv ediləcəyini təsəvvür etmək çətindir.

Bundan əvvəl ABŞ və bir çox digər ölkələr "Taliban"ı Əfqanıstanda insan hüquqlarına hörmət edilməsi və bunun təminatı barədə xəbərdar etmişdi.

Son xəbərlər

Orphus sistemi