ABŞ "Taliban"ın mövqelərini bombalayıb

ABŞ "Taliban"ın mövqelərini bombalayıb ABŞ “Taliban” irəliləməsinin qarşısını almaq məqsədi ilə “B-52” qırıcılar vasitəsi ilə qruplaşmanın mövqelərini bombalayır.
Digər ölkələr
7 Avqust , 2021 17:57
ABŞ Talibanın mövqelərini bombalayıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Əfqanıstanda “Taliban”ın irəliləməsinin qarşısının alınması məqsədilə “B-52” qırıcı təyyarələrdən istifadə edərək qruplaşmanın mövqelərini bombalayıb.

“Report” “Sputnik Afqanıstan”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Nazirliyi bildirib.

Bildirilib ki, “B-52” və “AC-130” qırıcı təyyarələri qruplaşmanın Qəndəhar, Herat və Leşgərgah şəhərləri ətrafındakı mövqelərini bombalayıb.

Məlumatda ABŞ, Böyük Britaniya və İsveçrənin vətəndaşlarına müraciət edərək Əfqanıstanı tərk etməyə çağırdıqları da qeyd edilib.

Son xəbərlər

Orphus sistemi