ABŞ Suriyaya endirəcəyi zərbələr barədə Rusiyanı məlumatlandırmayıb

ABŞ Suriyaya endirəcəyi zərbələr barədə Rusiyanı məlumatlandırmayıb Danford: "Biz endirilən zərbələri ruslarla koordinasiya etməmişik"
Digər ölkələr
14 Aprel , 2018 07:35
ABŞ Suriyaya endirəcəyi zərbələr barədə Rusiyanı məlumatlandırmayıb

Bakı. 14 aprel. REPORT.AZ/ Amerika hərbçiləri Rusiya tərəfini Suriyaya endiriləcək zərbələr barədə məlumatlandırmayıblar.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu cümə günü axşam Pentaqonda keçirilən brifinqdə Birləşmiş Ştatların Qərargah Rəisləri Komitəsinin sədri general Jozef Danford deyib.

"Biz endirilən zərbələri ruslarla koordinasiya etməmişik və əvvəlcədən onları məlumatlandırmamışıq…Hədəflərə zərbələrədək bu əməliyyatla bağlı yeganə müzakirə mövzusu uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı standart xəbərdarlıq olub", — deyə Danford bildirib.

Son xəbərlər

Orphus sistemi