ABŞ Suriyada 20-yə yaxın "Əl-Qaidə" yaraqlısını məhv edib

ABŞ Suriyada 20-yə yaxın "Əl-Qaidə" yaraqlısını məhv edib Birləşmiş Ştatlar Sarmada yaşayış məntəqəsi yaxınlığında yaraqlıların düşərgəsinə aviazərbə endirib
Digər ölkələr
6 Yanvar , 2017 02:46
ABŞ Suriyada 20-yə yaxın Əl-Qaidə yaraqlısını məhv edib

Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ-ın Hərbi Hava Qüvvələri 1 və 3 yanvar tarixlərində Suriyanın şimal-şərqində yerləşən İdlib əyalətinə aviazərbələr endirməklə təqribən 20 "Əl-Qaidə" silahlısını məhv ediblər.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı keçirilən brifinqdə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Piter Kuk məlumat verib.

"Təsdiq edə bilərəm ki, Birləşmiş Ştatlar Suriyanın şimal-şərqində "Əl-Qaidə" yaraqlılarına silsilə dəqiq zərbələr endirib", - deyə Kuk bildirib.

O qeyd edib ki, yanvarın 1-də terrorçuların iki avtomobilinə zərbə endirilib, nəticədə 5 yaraqlı zərərsizləşdirilib. Yanvarın 3-də isə terrorçuların komanda məntəqəsi kimi fəaliyyət göstərən düşərgəyə zərbə endirilib. Burada isə 15-dən çox terrorçu məhv edilib.

Son xəbərlər

Orphus sistemi