Bakı. 30 dekabr. REPORT.AZ/ “Zorakılığın qarşısını alan, insan həyatını qurtaran, yenilənmiş və ürəkdən məhsuldar siyasi görüş şərtləri yaradan hər cür səy məmnuniyyətlə qarşılanacaq”.
“Report” DHA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mark Toner Suriyada atəşkəslə bağlı Türkiyə-Rusiya razılaşmasını dəyərləndirərkən bildirib.
Məlumata görə, o, ABŞ-ın Suriyada bütün tərəflərin razılaşmaya tam olaraq əməl edəcəyinə və hörmətlə yanaşacağına ümidvar olduğunu vurğulayıb. M.Toner, həmçinin atəşkəsin tətbiq edilməsini müsbət qarşıladıqlarını da söyləyib.
Qeyd edək ki, dekabrın 30-da gecə saat 00:00-dan etibarən Suriyada atəşkəs elan olunub. Terrorçu qruplar istisna olmaqla bütün silahlılar bu rejimə əməl edəcəklərini bildiriblər. Türkiyə və Rusiya atəşkəsə təminatçı olaraq çıxış edir.