ABŞ Suriyada qalacağını açıqlayıb

ABŞ Suriyada qalacağını açıqlayıb Bakı. 17 yanvar. REPORT.AZ/ “İŞİD darmadağın edilib. Ancaq bununla belə, Suriyada qalacağıq”.
Digər ölkələr
17 Yanvar , 2019 12:10
ABŞ Suriyada qalacağını açıqlayıb
Anadolu

Bakı. 17 yanvar. REPORT.AZ/ “İŞİD darmadağın edilib. Ancaq bununla belə, Suriyada qalacağıq”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.

“İŞİD darmadağın edilib. Hərbçilərimiz evə qayıdırlar. Ancaq biz İŞİD-in iyrənc sifətini göstərməməsinə əmin olmaq üçün bölgədə qalacağıq. Əsgər və koalisiyadakı tərəfdarlarımızın əldə etdikləri nailiyyətləri qoruyacağıq”, - o vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti bu bəyanatı İŞİD Menbiçdə terror aktı törədəndən bir neçə saat sonra verib. O, çıxışında bu hadisədən bəhs etməyib.

Xatırladaq ki, yanvarın 16-da Suriyanın Menbiç bölgəsində törədilən partlayış nəticəsində 4-ü ABŞ hərbçisi olmaqla 15 nəfər ölüb. Partlayışın məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

İngilis versiyası US to stay in Syria

Son xəbərlər

Orphus sistemi