ABŞ Suriyada PKK/YPG-PYD-nin nəzarəti altındakı ərazidə 20 hərbi baza qurub

ABŞ Suriyada PKK/YPG-PYD-nin nəzarəti altındakı ərazidə 20 hərbi baza qurub Aleksandr Venediktov ABŞ-ın terrorçulara ən müasir silahlar verdiyini də vurğulayıb
Digər ölkələr
1 Mart , 2018 12:31
ABŞ Suriyada PKK/YPG-PYD-nin nəzarəti altındakı ərazidə 20 hərbi baza qurub
AFP 2018 / Delil Souleiman

Bakı. 1 mart. REPORT.AZ/ ABŞ Suriyada 20-yə yaxın hərbi baza qurub.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin beynəlxalq məsələlər üzrə köməkçisi Aleksandr Venediktov bildirib.

“Suriyanın sülh və sabitlik vəziyyətinə dönməsinə, ölkədəki böhranın həllinə xarici müdaxilələr mane olur. Məsələn, kürd silahlı dəstələrinin nəzarət etdiyi ərazidə (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu YPG-ni nəzərdə tutur – “Report” ) ABŞ 20 hərbi baza qurub”, - o deyib.

A.Venediktov ABŞ-ın terrorçu PKK/YPG-PYD-yə ən müasir silahlar verdiyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi