Yuxarı

ABŞ Suriyada hökumət qüvvələrinə zərbə endirməyi nəzərdən keçirir

Bu, Bəşər Əsədin atəşkəs rejiminə yanaşmasını dəyişmək məqsədi daşıyır

Bakı. 4 oktyabr. REPORT.AZ/ ABŞ hakimiyyəti Suriyada hazırda mövcud olan silahlı münaqişəyə prezident Bəşər Əsədə müxalif olan qüvvələr tərəfindən birbaşa müdaxilə etmək imkanlarını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazıb.

Amerikanın güc strukturları – Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi nümayəndələri ötən çərşənbə günü Ağ Evdə "müavinlər komitəsi"nin iclasında "Bəşər Əsədi hərbi əməliyyatların dayandırılması rejimi, Hələb ərazisindəki əməliyyatlar və ciddi sülh danışıqları perspektivinə yanaşmasını dəyişməyə məcbur etmək üçün hökumət qüvvələrinə məhdud hərbi zərbələrin endirilməsini müzakirə ediblər".

Nəşrin yazdığına görə, bu mövzu oktyabrın 5-də "birinci şəxslərin komitəsi" səviyyəsində, yəni kabinet üzvləri arasında müzakirə olunacaq. İstisna edilmir ki, artıq qarşıdakı istirahət günlərində prezident Barak Obamanın rəhbərliyi altında ABŞ Milli Təhlükəsizlik Şurasının iclası da keçirilə bilər.

Müzakirələrdə iştirak edən mənbənin məlumatına görə, nəzərdən keçirilən variantlar arasında ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri və gəmilərindən atılan qanadlı raketlər və digər uzaq hərəkət radiuslu silahlar vasitəsi ilə Suriya Hərbi Hava Qüvvələrinin uçuş-eniş zolaqlarına zərbələrin endirilməsi var. Mənbə bildirir ki, zərbələrin gizli endirilməsi nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi