ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya ordusuna havadan zərbə endirib

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya ordusuna havadan zərbə endirib Vaşinqton onların koalisiya qüvvələri üçün təhlükə yaratdıqlarını bəyan edib
Digər ölkələr
6 İyun , 2017 22:33
ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya ordusuna havadan zərbə endirib

Bakı. 6 iyun. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriya ordusuna havadan zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının saytında məlumat yerləşdirilib.

"Əvvəlki xəbərdarlıqlara baxmayaraq, rejim qüvvələri – 60-dan çox əsgər tank, artilleriya, zenit silahı, silahla təchiz edilmiş avtomobillərlə öncə razılaşdırılmış deskalasiya zonasına daxil olub", - deyə bəyanatda qeyd olunur.

Vaşinqtonda onların Ət-Tanf bazasında olan koalisiya qüvvələri və onların tərəfdaşları üçün təhlükə yaratdıqları bildirilib.

Mərkəzi Komandanlığın məlumatına görə, koalisiya deskalasiya xətti üzrə bir neçə dəfə xəbərdarlıq edib, ardınca isə iki artilleriya qurğusu, zenit silahını məhv edib və bir tanka zərər yetirib.

Son xəbərlər

Orphus sistemi