ABŞ: Suriya münaqişəsinin həllində İran əhəmiyyətli tərəfdaş ola bilər

ABŞ: Suriya münaqişəsinin həllində İran əhəmiyyətli tərəfdaş ola bilər Vyanada keçiriləcək növbəti Suriya danışıqlarına İran nümayəndələri də dəvət olunub
Digər ölkələr
27 Oktyabr , 2015 23:38
ABŞ: Suriya münaqişəsinin həllində İran əhəmiyyətli tərəfdaş ola bilər

Bakı. 27 oktyabr. REPORT.AZ/ Rəsmi Tehran Suriya münaqişəsinin həllində vacib tərəfdaş ola bilər. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib.

Qeyd edək ki, oktyabrın 29-da Vyanada keçiriləcək Suriya danışıqlarına ilk dəfə İran nümayəndələri də dəvət olunub. Dəvət Tehrana Vaşinqtondan göndərilib.

Sözügedən görüşdə Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İordaniya və BƏƏ-nin XİN başçıları da iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi