ABŞ Sudanı terrorçuluğu himayə edən dövlətlər siyahısından çıxarıb

ABŞ Sudanı terrorçuluğu himayə edən dövlətlər siyahısından çıxarıb ABŞ hökumətinin Sudanı terrorçuluğa sponsorluq edən dövlətlər siyahısından çıxarmaq qərarı bu gün qüvvəyə minib.
Digər ölkələr
989
14 Dekabr , 2020 20:01
ABŞ Sudanı terrorçuluğu himayə edən dövlətlər siyahısından çıxarıb

ABŞ hökumətinin Sudanı terrorçuluğa sponsorluq edən dövlətlər siyahısından çıxarmaq qərarı bu gün qüvvəyə minib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

O bildirib ki, 1993-cü ildən davam edən sözügedən tədbir nəticəsində Sudan iqtisadiyyatı çətinliklərlə üzləşib, maliyyə yardımları qarşısında sədd çəkilmişdi.

Ötən il keçmiş prezident Ömər əl Bəşirin istefasından sonra iş başına gəlmiş keçid hökuməti dərin iqtisadi böhrana qarşı mübarizə üçün dəstək əldə edə biləcək.

M.Pompeo bu addımın ikitərəfli münasibətlərdə baş verən əsaslı dəyişikliyi əks etdirdiyini, daha böyük əməkdaşlıq əlaqələri üçün yol açdığını da qeyd edib.

Qeyd edək ki, uzun müddət davam etmiş danışıqlar zamanı Sudan tərəfi ayrı-ayrı vaxtlarda Şərqi Afrika paytaxtlarındakı ABŞ səfirliklərinə hücumlardan zərər çəkənlərə 335 milyon ABŞ dolları təzminat ödəmişdi.

Ötən 27 ildə xarici borcu 60 milyard ABŞ dollarına çatan Sudan üçün artıq beynəlxalq maliyyə yardımları üzrə daha geniş imkanlar açılır. “Bu nailiyyət iqtisadi islahatlara, sərmayələrə, rəsmi kanallardan pul köçürmələrinə, bununla da gənclər üçün yeni iş yerləri və s. müsbət işlərə geniş meydan açır”, - deyə Sudanın baş naziri Abdullah Həmdokun açıqlamasında qeyd olunur.

Son xəbərlər

Orphus sistemi