ABŞ SQ Mərkəzi Komandanlığının rəhbəri: "İran qeyri-konstruktiv rol oynamaqda davam edir"

ABŞ SQ Mərkəzi Komandanlığının rəhbəri: "İran qeyri-konstruktiv rol oynamaqda davam edir" "Regionda İslam ölkələrinin əməkdaşlığı terrorizm və ekstremizmə qarşı mübarizədə olduqca vacibdir"
Digər ölkələr
18 Noyabr , 2016 10:41
ABŞ SQ Mərkəzi Komandanlığının rəhbəri: İran qeyri-konstruktiv rol oynamaqda davam edir

Florida. 18 noyabr. REPORT.AZ/ "İran "altılıq"la razılıq əldə etməsinə baxmayaraq, qeyri-konstruktiv rol oynamaqda davam edir və bu, ABŞ-da narahatlıq doğurur".

"Report" xəbər verir ki, bunu ordu generalı, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Cosef Votel deyib.

Xatırladaq ki, keçən ilin iyul ayında İran və "altılıq" ölkələri İranın nüvə proqramı ilə bağlı razılığa gəliblər, ancaq bundan sonra da ABŞ İranda ballistik raketlərin yeni sınaqları ilə bağlı narahatlığını bildirib.

ABŞ SQ Mərkəzi Komandanlığının rəhbərinin sözlərinə görə, regionda İslam ölkələrinin əməkdaşlığı terrorizm və ekstremizmə qarşı mübarizədə olduqca vacibdir. O, eyni zamanda ABŞ-ın regionda hansısa qarşıdurmaya və terrorizmin artmasına səbəb olması barədə iddiaları rədd edib.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın siyasətinin necə olacağı ilə bağlı sualı şərh edən C.Votel bu barədə danışmaq üçün çox erkən olduğunu bildirib: "Biz vətənə xidmət edirik, bizim üçün prezidentin Demokratlardan və ya Respublikaçılardan olmasının fərqi yoxdur".

Son xəbərlər

Orphus sistemi