Yuxarı
    Bağlamaq

    ABŞ son 25 ildə Əfqanıstanın təhlükəsizlik qüvvələrinə 76 milyard dollar ayırıb

    Əfqanıstan hərbçilərinə partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün 30 min cihaz, 16 min kəşfiyyat aparatı verilib

    Bakı. 11 avqust. REPORT.AZ/ Son 25 ildə ABŞ Əfqanıstanın təhlükəsizlik qüvvələrinə dəstək proqramı çərçivəsində 76 milyard dollar vəsait ayırıb. 

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hesablama Palatasının hesabatında bildirilib.

    Məlumata görə, vəsait əsasən 600 min odlu silahın, 76 min nəqliyyat vasitəsinin, 208 helikopterin alınmasına xərclənib.

    Bundan başqa, Əfqanıstan hərbçilərinə partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün 30 min cihaz, 16 min kəşfiyyat aparatı, o cümlədən pilotsuz uçuş aparatları verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi