Yuxarı

ABŞ: "Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər"

Ağ Evin mətbuat katibi Con Ernest hesab edir ki, Şimali Koreyaya təsirli cavab verilməlidir

Bakı. 9 fevral. REPORT.AZ/ "Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər". "Report"-un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Con Ernest bildirib.

Onun sözlərinə görə, Şimali Koreya iqdisadiyyatı artıq çox zəifdir, əhali isə ölkənin təcrid olunmuş vəziyyətdə qalmasından əziyyət çəkir. "Şimali Koreyaya təsirli cavab verilməlidir" - deyə C.Ernest vurğulayıb.

Xatırladaq ki, ötən həftə Şimali Koreya uzaq mənzilli raketin sınağını keçirib. Bu sınaq dünya miqyasında ciddi narahatlığa səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi