ABŞ Şimali Koreyaya humanitar yardım göstərəcək

ABŞ Şimali Koreyaya humanitar yardım göstərəcək Bütün ikitərəfli məsələləri Şimali Koreyakı İsveç nümayəndəliyi həll edəcək
Digər ölkələr
11 Fevral , 2017 11:27
ABŞ Şimali Koreyaya humanitar yardım göstərəcək

Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ höküməti 2016-cı ilin sentyabrında baş vermiş və 130 nəfərdən çox insanın həlak olduğu daşqınla əlaqədar Şimali Koreyaya humanitar yardım etməyi qərara alıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi televiziyası bildirib.

Hazırda iki ölkə arasında diplomatik münasibətlər olmadığından, bütün ikitərəfli məsələlər Şimali Koreyakı İsveç nümayəndəliyi tərəfindən həll edilir.

Fevralın 10-da ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın nüvə və raket təhdidlərinin zərərsizləşdirilməsini prioritet məsələ adlandırıb. O, Şimali Koreyanı nüvə və raket proqramlarını dayandırmağa çağırıb. 

Son xəbərlər

Orphus sistemi