ABŞ Şimali Koreyaya hərbi müdaxilə edə bilər

ABŞ Şimali Koreyaya hərbi müdaxilə edə bilər KXDR-də rejimin dəyişdirilməsi imkanları da nəzərdən keçirilib
Digər ölkələr
1250
2 Mart , 2017 07:51
ABŞ Şimali Koreyaya hərbi müdaxilə edə bilər

Bakı. 2 mart. REPORT.AZ/ ABŞ-ın Prezident Administrasiyası Şimali Koreya ilə gələcək qarşılıqlı fəaliyyət strategiyası hazırlayır və burada hərbi müdaxilə də istisna olunmur.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" jurnalı yazıb.

Nəşr qeyd edir ki, strategiyanın müzakirəsi zamanı Koreya Xalq Demokratik Respublikasına zərbə endirilməklə yanaşı, orada rejimin dəyişdirilməsi imkanları da nəzərdən keçirilib.

Ötən gün məlum olub ki, Donald Tramp KXDR-ni ABŞ üçün başlıca təhlükə hesab edir.

Son xəbərlər

Orphus sistemi