ABŞ Səudiyyə Ərəbistanına silah satışını dayandıra bilər

ABŞ Səudiyyə Ərəbistanına silah satışını dayandıra bilər ABŞ Nümayəndələr Palatası Səudiyyə Ərəbistanına silah satışını məhdudlaşdıran qanun layihəsini təsdiq edib
Digər ölkələr
22 Aprel , 2021 04:58
ABŞ Səudiyyə Ərəbistanına silah satışını dayandıra bilər

ABŞ Nümayəndələr Palatası Səudiyyə Ərəbistanına silah satışını məhdudlaşdıran qanun layihəsini təsdiq edib.

Bu barədə “Report” “The Hill” qəzetinə istinadən xəbər verir.

Qeyd olunub ki, sənəd səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlıdır. Layihə böyük səs çoxluğu ilə qəbul edilib - 350 leyhinə, 71 əleyhinə.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “The Washington Post” qəzetinin müxbiri C.Qaşıqçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb. Bundan sonra jurnalist barədə heç bir məlumat əldə etmək mümkün olmayıb.

Türkiyə hüquq-mühafizə orqanlarının apardığı axtarışlara baxmayaraq, jurnalistin meyiti və ya meyitinin qalıqları tapılmayıb.

Məsələ beynəlxalq qalmaqala çevriləndən sonra Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud və krallığın vəliəhdi, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud jurnalistin ölkələrinin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirildiyini etiraf ediblər.

Son xəbərlər

Orphus sistemi