Yuxarı
    Bağlamaq

    ​ABŞ Səudiyyə Ərəbistanına kasset bombası satışını dondurub

    Bu, Amerikanın CBU-105 kasset bombalarına aiddir

    Bakı. 28 may. REPORT.AZ/ Ağ ev Yəməndə gedən münaqişə zamanı mülki əhali arasında həlak olanların sayının artması xəbərləri ilə əlaqədar Səudiyyə Ərəbistanına kasset bombaları tədarükünün dayandırılması barədə qərar qəbul edib.

    "Report" xəbər verir ki, bu barədə Amerika məmurlarına istinadən yerli "Foreign Policy" jurnalı yazıb.

    Nəşrin məlumatına görə, son illər ABŞ Ər-Riyada məbləği milyonlarla ölçülən həcmdə kasset bombası satıb. Mənbə tədarükün dondurulması barədə danışarkən, Səudiyyə Ərəbistanının kasset bombalarını "mülki şəxslərin bilavasitə orada və ya yaxınlıqda olduğu zonalarda istifadə etməsi"nə dair hesabata əsaslanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi