Yuxarı
    Bağlamaq

    ABŞ Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq müdafiə müqavilələri imzalayıb

    Sənədlər ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ər-Riyadda imzalanıb

    Bakı. 20 may. REPORT.AZ/ ABŞ Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq müdafiə müqavilələri imzalayıb. Sənədlər Ər-Riyadda ABŞ prezidenti Donald Tramp və dövlət katibi Reks Tillersonun iştirakı ilə imzalanıb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Ev nümayəndəsi məlumat verib.

    Onun sözlərinə görə, bu müqavilələr əhəmiyyətli ABŞ və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək və sabitliyə töhfə olacaq.

    "Onlar həm də Krallığın region üzrə antiterror əməliyyatlarında iştirak imkanını genişləndirəcək və ABŞ-ın üzərinə düşən yükü azaldacaq", - ABŞ administrasiyasının əməkdaşı bildirib.

    Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbi xərclər üzrə dünyada ABŞ və Çindən sonra üçüncüdür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi