Yuxarı
    Bağlamaq

    ABŞ senatoru prezidentliyə namizədliyini irəli sürüb

    Ted Kruz namizədliyini təqdimat videosu vasitəsiylə Twitter hesabından açıqlayıb

    Bakı. 23 mart. REPORT.AZ/ ABŞ senatoru Ted Kruz 2016-cı ildə prezident seçkiləri üçün namizədliyini Respublikaçı Partiyasından irəli sürüb.

    "Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, T.Kruz namizədliyini təqdimat videosu vasitəsiylə Twitter hesabından açıqlayıb. O, namizədlik barədə rəsmi açıqlamasını bazar ertəsi günü Liberty Universitetində elan edəcək.

    44 yaşlı senator prezident Barak Obamanın səhiyyə islahatlarına qarşı çıxdığı üçün mühafizəkar Çay Partiyası hərakatının ən sevimli namizədidir.

    Anası amerikalı və atası Kuba əsilli olan Kruz seçildiyi təqdirdə ilk ispan mənşəli prezident olacaq.

    Respublikaçı Partiyasından olan digər iddialıların namizədliklərini gələn həftə açıqlayacağı gözlənilir. Onlar arasında Florida qubernatoru Ceb Buş, Viskonsin qubernatoru Skot Valker, sabiq Texas qubernatoru Rik Perri, Kentaki senatoru Rend Pol və Florida senatoru Marko Rubi var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi