ABŞ senatoru: “Növbəti savaş Cənubi Livanda olacaq”

ABŞ senatoru: “Növbəti savaş Cənubi Livanda olacaq” Lindsi Qraham: "İsrail ABŞ-dan İrana və onun himayə etdiyi qruplara qarşı silah və diplomatik dəstək istəyib"
Digər ölkələr
1 Mart , 2018 16:07
ABŞ senatoru: “Növbəti savaş Cənubi Livanda olacaq”

Bakı. 1 mart. REPORT.AZ/ “Növbəti savaş Cənubi Livanda olacaq”.

“Report” “Haaretz” qəzetinə istinadən xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qraham İsrailə səfəri zamanı deyib.

Senator Livan “Hizbullah”ının İsrailə raket atmasına münasibət bildirərək deyib: “Əgər bu təhdid davam edərsə, yəni hava limanını vura biləcək raketlər hazırlamaqda davam edərlərsə və İsrail dövlətinə zərər vurarlarsa, içəri girməyə (Livana girməyi nəzərədə tutur - “Report”) məcbur olacaqlar. Növbəti savaş Cənubi Livanda olacaq”.

Senator İranın dəstəklədiyi "Hizbullah"ın Livanda silah fabriki inşa etdiyini bildirib. Lindsi Qraham Tehran hakimiyyətini nəzərdə tutaraq bildirib: “Onlar beynəlxalq ictimaiyyəti və ABŞ prezidenti Donald Trampı sınaqdan keçirir”.

Senator vurğulayıb ki, İsrail hakimiyyəti ABŞ-dan İrana və onun himayə etdiyi qruplara qarşı silah və diplomatik dəstək istəyib. 

Son xəbərlər

Orphus sistemi