ABŞ senatı Ukraynaya hərbi yardım, Rusiyaya sanksiya tətbiqi haqda qanun layihəsini təsdiqləyib

ABŞ senatı Ukraynaya hərbi yardım, Rusiyaya sanksiya tətbiqi haqda qanun layihəsini təsdiqləyib ​Barak Obamaya Moskva və Kiyevə münasibətlə bağlı səlahiyyət verilib
Digər ölkələr
12 Dekabr , 2014 12:33
ABŞ senatı Ukraynaya hərbi yardım, Rusiyaya sanksiya tətbiqi haqda qanun layihəsini təsdiqləyib

Bakı. 12 dekabr. REPORT.AZ/ ABŞ Senatının Yuxarı Palatası Rusiyaya yeni sanksiyaların tətbiqi və Ukraynaya hərbi yardımın olunmasının dəstəklənməsinə dair "Ukraynada azadlığın dəstəklənməsi haqqında Akt - 2014" qanun layihəsini qəbul edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu qanun ABŞ prezidentinə Ukraynaya hərbi yardım və Rusiyanın iri şirkətlərinə sanksiya tətbiq etməyə imkan verəcək.

Tennessi ştatının senatoru, respublikaçı Robert Korker və senatın xarici işlər üzrə komitəsinin başçısı Robert Menendes tərəfindən hazırlanmış bu sənədə əsasən, ölkə prezidenti Barak Obama Rusiyanın "Qazprom", " Rosoboroneksport" və başqa müəssisələrinə məhdudiyyətlər qoya biləcək.

Bu qanun layihəsinə görə, Ağ evin başçısına Ukraynaya silah verilməsinə başlamaq təklif edilir. "TASS" bildirib ki, 2015-ci maliyyə ilində bu məqsəd üçün ABŞ 350 milyon dollar nəzərdə tutub.

Bundan başqa, sənədə əsasən, ABŞ Ukraynanın tələbatını ödəmək üçün "təcili olaraq yanacaq göndərə" bilər. 2015-ci ildə bu sayaq əməkdaşlığın maliyyələşdirilməsi üçün 50 milyon dollar xərclənməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi