Yuxarı
    Bağlamaq

    ABŞ Senatı İsraildəki səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qətnamə qəbul edib

    Yüz senatordan əksəriyyəti sənədin lehinə səs verib

    Bakı. 6 iyun. REPORT.AZ/ ABŞ Senatı bazar ertəsi ölkənin İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi və ərəb-İsrail münaqişəsinin "iki dövlət" prinsipi əsasında nizamlanmasına çağıran qətnamə qəbul edib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, 100 senatordan əksəriyyəti sənədin lehinə səs verib.

    "Qüdsün birləşməsinin 50 illik yubileyinin keçirilməsi haqqında" qətnamənin qısa izahatında qeyd olunur ki, sənəd Amerikanın çoxdankı ikipartiyalı siyasətini təsdiqləyir. Bu siyasətə görə, Qüdsün daimi statusu məsələsi tərəflər arasında iki dövlətin dost münasibətləri barəsində qərarlara dair yekun statusu haqqında danışıqlar yolu ilə həll olunmalıdır.

    Senatın qətnaməsi məcburi xarakter daşımasa da, ABŞ-ın göstərilmiş məsələ üzrə ali qanunverici orqanının mövqeyini əks etdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi