Yuxarı

​ABŞ Senatı İranın nüvə proqramı barədə qanun layihəsini təsdiq edib

Sənəd yekdil şəkildə qəbul olunub

Bakı. 8 may. REPORT.AZ/ ABŞ Senatı Ağ evin üzərinə İranın nüvə proqramı ilə bağlı yekun sazişi baxılması üçün Konqressə göndərmək öhdəliyi qoyan qanun layihəsini qəbul edib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb.

Sənəd bir nəfər əleyhinə olmaqla 98 senator tərəfindən dəstəklənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi