Yuxarı
    Bağlamaq

    ABŞ Senatı İrana qarşı sanksiyaların daha 10 il uzadılması barədə qərar qəbul edib

    Sanksiyaların müddəti cari ilin 31 dekabrında başa çatırdı

    Bakı. 1 dekabr. REPORT.AZ/ ABŞ Senatı cümə axşamı Nümayəndələr Palatasının İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına dair bundan əvvəl qəbul etdiyi qanun layihəsini dəstəkləyib.

    "Report" xəbər verir ki, sənəd ABŞ prezidentinə İran tərəfindən ballistik raket hazırlanmasında iştirak edən, terrorçuluğu dəstəkləyən, həmçinin insan haqlarının pozulmasında müqəssir olan şəxslərə qarşı məhdudiyyətlər tətbiq etmək imkanı verir.

    Konqres bu səlahiyyətləri uzatmasaydı, sanksiyaların müddəti artıq cari ilin 31 dekabrında başa çatacaqdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi