ABŞ Senatı Emi Koni Barretin Ali Məhkəmə üzvlüyünə namizədliyini təsdiqlədi

ABŞ Senatı Emi Koni Barretin Ali Məhkəmə üzvlüyünə namizədliyini təsdiqlədi ABŞ Konqresinin Senatı bazar ertəsi axşam Apellyasiya Məhkəməsinin hakimi Emi Koni Barretin Ali Məhkəmənin üzvlüyü vəzifəsinə namizədliyini təsdiq edib.
Digər ölkələr
806
27 Oktyabr , 2020 04:30
ABŞ Senatı Emi Koni Barretin Ali Məhkəmə üzvlüyünə namizədliyini təsdiqlədi
Donald Tramp və Emi Koni Barret

ABŞ Konqresinin Senatı bazar ertəsi axşam Apellyasiya Məhkəməsinin hakimi Emi Koni Barretin Ali Məhkəmənin üzvlüyü vəzifəsinə namizədliyini təsdiq edib.

“Report” xəbər verir ki, səsvermənin yayımını yerli xəbərlər televiziya şirkətlərini aparıblar.

Hakimin Senatda namizədliyinin müzakirəsi hələ bazar günü başlanıb və təxminən 30 saat davam edib. Barretin andiçməsi mərasimi bazar ertəsi axşam Ağ Evdə keçiriləcək.

Barrett məhkəmədə vəfat etmiş liberal hakim Rut Qinzburqun yerini tutacaq. Bununla yanaşı, məhkəmədə respublikaçı nümayəndələrin çoxluğunu daha da artıracaq. Hazırda 9 hakimdən 6-ı respublikaçıdır.

Demokratlar Barrettin təsdiqlənməsinə müqavimət göstəriblər, çünki artıq o, Ali Məhkəmənin respublikaçı prezident Donald Tramp tərəfindən irəli sürülmüş üçüncü hakimi olub. Bu uzun illər ən əhəmiyyətli siyasi, hüquq və sosial məsələlər üzrə qərarların qəbul olunması üçün nəticələrə malik ola bilər.

Son xəbərlər

Orphus sistemi