ABŞ Senatı Çindəki uyğurların müdafiəsi ilə bağlı qanun qəbul etdi

ABŞ Senatı Çindəki uyğurların müdafiəsi ilə bağlı qanun qəbul etdi ABŞ Senatı uyğurlara qarşı təqib siyasətini yürüdən Çinlə bağlı qanunu qəbul edib.
Digər ölkələr
202
15 May , 2020 16:51
ABŞ Senatı Çindəki uyğurların müdafiəsi ilə bağlı qanun qəbul etdi

ABŞ Senatı uyğurlara qarşı təqib siyasətini yürüdən Çinlə bağlı qanunu qəbul edib.

“Report” “Euronews”a istinadən xəbər verir ki, respublikaçı senator Marko Rubionun təşəbbüsü ilə irəli sürülən qanun layihəsi səs çoxluğu ilə təsdiqlənib.

Məlumata görə, qanun Çinə qarşı sanksiyalar tətbiq olunmasını nəzərdə tutur.

Bildirilib ki, qanun ABŞ prezidenti Donald Trampa uyğurlara və digər müsəlman azlıqlara qarşı tətbiq edilən təqib və zorakılıq siyasətinin məsuliyyətini daşıyan bəzi çinli səlahiyyətli şəxslərə sanksiya tətbiq etmək səlahiyyəti verir.  

Bundan başqa, sənəddə ABŞ Dövlət Departamentindən bölgədəki insan haqlarının pozulması ilə bağlı hesabat hazırlanması tələb edilir.

ABŞ prezidenti Donald Tramp sənədi təsdiqlədikdən sonra qanun qüvvəyə minəcək. 

Son xəbərlər

Orphus sistemi