​ABŞ səfirliyi Çindəki qərblilərə xəbərdarlıq edib

​ABŞ səfirliyi Çindəki qərblilərə xəbərdarlıq edib ABŞ vətəndaşlarına diqqətli, ayıq-sayıq olmağı məsləhət görüb
Digər ölkələr
24 Dekabr , 2015 10:28
​ABŞ səfirliyi Çindəki qərblilərə xəbərdarlıq edib

Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ-ın Pekindəki səfirliyi Yeni İl bayramı ərzində ehtimal edilən hücumla bağlı Çində yaşayan qərblilərə xəbərdarlıq edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Çindəki səfirliyinin rəsmi saytında yayılan açıqlamada bildirilib.

Açıqlamada ABŞ vətəndaşlarına diqqətli, ayıq-sayıq olmaq məsləhət görülüb və bu sayaq məsələlərlə bağlı Vaşinqtonda müvafiq dövlət qurumlarına məlumat verildiyi vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi