ABŞ seçicilərinin üçdəbiri Baydenin prezidentliyini qanuni hesab etmir

ABŞ seçicilərinin üçdəbiri Baydenin prezidentliyini qanuni hesab etmir ABŞ seçicilərinin üçdəbiri dövlət başçısı Cozef Baydenin prezidentliyini qanuni hesab etmir
Digər ölkələr
29 dekabr 2021 07:28
ABŞ seçicilərinin üçdəbiri Baydenin prezidentliyini qanuni hesab etmir
Co Bayden

ABŞ seçicilərinin üçdəbiri dövlət başçısı Cozef Baydenin prezidentliyini qanuni hesab etmir.

“Report” xəbər verir ki, bu, ölkənin Massaçusets Universitetinin araşdırma xidmətinin apardığı sorğu nəticəsində bəlli olub.

Sorğunun sonuclarına görə, Respublikaçılar Partiyasının tərəfdarlarının əksəriyyəti (71 %) keçmiş dövlət başçısı Donald Trampın səslərinin oğunlandığını düşünür. Respublikaçıların cəmi 21 %-i C.Baydenin prezidentliyini legitim hesab edirlər. Bütövlükdə, araşdırmaçılar amerikalı seçicilərin yalnız 58 %-nin hazırkı Prezidentin qələbəsinin legitimliyinə inandığını müəyyənləşdirib.

Qeyd edək ki, dekabrın 14-dən 20-dək keçirilən sorğuda 1 000 amerikalı seçici iştirak edib.

Son xəbərlər

Orphus sistemi