ABŞ Rusiyaya sənaye potensialını zəiflədəcək sanksiyalar qoymağa hazırlaşır

ABŞ Rusiyaya sənaye potensialını zəiflədəcək sanksiyalar qoymağa hazırlaşır ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiyanın Ukraynaya müdaxiləsi halında, onun sənaye potensialını zəiflətmək üçün sanksiyalardan istifadə etməyi planlaşdırır.
Digər ölkələr
29 Yanvar , 2022 10:03
ABŞ Rusiyaya sənaye potensialını zəiflədəcək sanksiyalar qoymağa hazırlaşır

ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiyanın Ukraynaya müdaxiləsi halında, onun sənaye potensialını zəiflətmək üçün sanksiyalardan istifadə etməyi planlaşdırır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının (MTŞ) üzvü Piter Harrel deyib.

“Əsas məqsəd zaman keçdikcə Rusiyanın sənaye potensialını və istehsal gücünü azaltmağa kömək edəcək tədbirlər görməkdir. Ancaq yeni məhdudiyyətlər adi rus istehlakçılarını hədəf almayacaq. Maliyyə institutlarına qarşı sanksiyalar kapitalın xaricə axınına, inflyasiyaya səbəb olmalı, həmçinin Rusiya Mərkəzi Bankını digər banklara maliyyə yardımı göstərməyə məcbur etməlidir. Bununla da Putin ilk gündən itkini hiss etsin", - o bildirib.

“Reuters”in Ağ Evdəki digər rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, məhdudiyyətlər aviasiya, dənizçilik, robot texnikası, süni intellekt, kvant hesablamaları və müdafiə sənayesinə təsir göstərə bilər. Son vaxtlar Kiyev və Qərb ölkələri aqressiv hərəkətlərin intensivləşməsindən və Rusiyanın Ukraynaya hücuma hazırlığından narahat olduqlarını bildirir, eyni zamanda işğal halında görünməmiş sanksiyalarla hədələyirlər.

Qeyd edək ki, Kreml bu ittihamları rədd edir və hücum niyyətində olmadığını açıqlayır.

Son xəbərlər

Orphus sistemi