Bakı. 29 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Rusiya barəsində yeni sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Amerikanın Maliyyə Nazirliyinin yaydığı məlumata görə, məhdudiyyətlər Rusiyanın Federal Təhlükəsizlik Xidməti daxil olmaqla, altı nəfərə və bu ölkənin 5 təşkilatına aid ediləcək.
Xüsusi halda siyahıya Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş İdarəsinin rəhbəri İqor Korobov və onun 3 müavini düşüb.