​ABŞ Rusiyaya qarşı sanksiyaları bir il uzadıb

​ABŞ Rusiyaya qarşı sanksiyaları bir il uzadıb Fərman özü 2014-ci il martın 6-də dərc olunub
Digər ölkələr
3 Mart , 2016 02:34
​ABŞ Rusiyaya qarşı sanksiyaları bir il uzadıb

Bakı. 3 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Ukrayna hadisələrinə görə Rusiyaya qarşı qüvvədə olan sanksiyaların müddətini bir il uzadıb.

"Report" xəbər verir ki, bu barədə Ağ evin məlumatında bildirilir.

Qeyd olunur ki, əvvəlki fərmanlarda göstərilən hərəkət və siyasət davam etməkdədir və ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün fövqəladə təhlükə kəsb edir.

"Mən 13660 saylı fərman ilə elan olunan fövqəladə vəziyyəti bir il uzadıram", — deyə sənəddə bildirilir.

Fərman özü 2014-ci il martın 6-də dərc olunub.

Son xəbərlər

Orphus sistemi