Yuxarı

​ABŞ Rusiyanın İrana S-300 tədarükünün əleyhinə çıxış edir

Con Kerri ölkəsinin bu mövqeyini Sergey Lavrova çatdırıb

Bakı. 13 aprel. REPORT.AZ/ Birləşmiş Ştatlar rəhbərliyi Rusiyadan İrana S-300 zenit-raket kompleksi tədarükünün bərpa olunmasına qarşı çıxış edir.

"Report" TASS-a istinadən xəbər verir ki, Ağ evin mətbuat katibi Coşua Ernestin bildirdiyinə görə, Dövlət katibi Con Kerri ölkəsinin bu mövqeyini Rusiyanın xarici işlər naziri Sergey Lavrova çatdırıb.

Bundan əvvəl, Rusiya prezidenti Vladimir Putin raket komplekslərinin İrana tədarükünə qoyulan qadağanın aradan qaldırılmasına icazə verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi