ABŞ Rusiyanın enerji sektoru ilə əməkdaşlığa məhdudiyyətlər tətbiq edib

ABŞ Rusiyanın enerji sektoru ilə əməkdaşlığa məhdudiyyətlər tətbiq edib Yeni qadağalar 2018-ci ildən başlayacaq layihələrə aid ediləcək
Digər ölkələr
31 Oktyabr , 2017 23:28
ABŞ Rusiyanın enerji sektoru ilə əməkdaşlığa məhdudiyyətlər tətbiq edib

Bakı. 31 oktyabr. REPORT.AZ/ ABŞ-ın Maliyyə Nazirliyi amerikalılara bir sıra enerji layihələrində Rusiyaya köməklik göstərməyi qadağan edib.

“Report” xəbər verir ki, bu barədə İdarənin mətbuat xidmətinin məlumatında bildirilir.

ABŞ vətəndaşlarına, xüsusilə dərinsulu kəşfiyyat işlərində, Arktikada neft hasilatında və şist qazı ilə bağlı layihələrdə Rusiyaya köməklik göstərmək qadağan olunub.

Yeni Rusiyanın enerji sektoru ilə əməkdaşlığa tətbiq edilən yeni məhdudiyyətlər 29 yanvar 2018-ci il tarixindən başlayan layihələrə aid ediləcək.

Son xəbərlər

Orphus sistemi