ABŞ rusiyalı alimlər üçün bəzi viza tələblərini ləğv etmək niyyətindədir

ABŞ rusiyalı alimlər üçün bəzi viza tələblərini ləğv etmək niyyətindədir ABŞ Prezidenti Cozef Baydenin administrasiyası rusiyalı yüksəkixtisaslı alimlər üçün bəzi viza tələblərinin ləğvi üzərində çalışır.
Digər ölkələr
30 Aprel , 2022 14:37
ABŞ rusiyalı alimlər üçün bəzi viza tələblərini ləğv etmək niyyətindədir

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası rusiyalı yüksəkixtisaslı alimlər üçün bəzi viza tələblərinin ləğvi üzərində çalışır.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Ləğv edilməsi nəzərdə tutulan tələblərdən biri viza üçün müraciət edən şəxsin cari iş yerinə malik olması ilə bağlıdır. Bu, ABŞ-da və ya digər xarici ölkədə elm, texnika və ya riyaziyyat sahəsində magistr və ya doktor dərəcəsi almış Rusiya vətəndaşlarına şamil edilir.

Məlumata görə, Bayden administrasiyası yarımkeçiricilər, kosmik texnologiyalar, kibertəhlükəsizlik, qabaqcıl istehsal, qabaqcıl hesablamalar, nüvə mühəndisliyi, süni intellekt, raket mühərriyi texnologiyaları və digər ixtisaslaşdırılmış elm sahələri üzrə iş təcrübəsinə malik rusiyalıların ABŞ-a köçməsini asanlaşdırmaq niyyətindədir.

Administrasiyadan bildirilib ki, hazırda ABŞ və müttəfiqlərinin Ukraynadakı müharibə səbəbindən tətbiq etdikləri sanksiyalara görə maliyyə çatışmazlığı ilə üzləşmiş Rusiyadan yüksəkixtisaslı texnoloji işçilərin köçü müşahidə olunur.

Bu müddəanın müddətinin 4 il sonra başa çatacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi