ABŞ Rusiyadan silah almasına görə Hindistana sanksiya tətbiq edə bilər

ABŞ Rusiyadan silah almasına görə Hindistana sanksiya tətbiq edə bilər Bakı. 30 avqust. REPORT.AZ/ ABŞ Hindistanın Rusiyadan S-400 zenit-raket kompleksləri də daxil olmaqla, silah almaq planlarından narahat olaraq, bu ölkəyə qarşı sanksiya tətbiq etməyi nəzərdən keçirir.
Digər ölkələr
30 Avqust , 2018 05:53
ABŞ Rusiyadan silah almasına görə Hindistana sanksiya tətbiq edə bilər

Bakı. 30 avqust. REPORT.AZ/ ABŞ Hindistanın Rusiyadan S-400 zenit-raket kompleksləri də daxil olmaqla, silah almaq planlarından narahat olaraq, bu ölkəyə qarşı sanksiya tətbiq etməyi nəzərdən keçirir.

“Report” xəbər verir ki, Birləşmiş Ştatların müdafiə nazirinin Asiya – Sakit okean regionu işləri üzrə köməkçisi Rendall Şriverin sözlərinə görə, Hindistanın planlarının sanksiyaların köməkliyi ilə Amerikanın düşmənlərinə qarşı mübarizə Aktının təsiri altına düşmə ehtimalı var.

"Bu barədə qərarı ABŞ prezidenti verəcək", - deyə o bildirib.

Şriver əlavə edib ki, ABŞ Rusiya və Hindistan arasında hərbi əlaqələri tanıyır, lakin Vaşinqtonu onlar üçün daha perspektivli tərəfdaş hesab edir.

Son xəbərlər

Orphus sistemi