ABŞ Rusiyadan palladiumun idxalına çəkdiyi xərci 20 %-dən çox azaldıb

ABŞ Rusiyadan palladiumun idxalına çəkdiyi xərci 20 %-dən çox azaldıb ABŞ-nin Rusiyadan palladium idxalı 2024-cü ilin yanvar-noyabr aylarında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20 % azalıb.
Digər ölkələr
11 Yanvar , 2025 11:00
ABŞ Rusiyadan palladiumun idxalına çəkdiyi xərci 20 %-dən çox azaldıb

2024-cü ilin yanvar-noyabr aylarında ABŞ-nin Rusiyadan palladium idxalının dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 20 % az olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ABŞ-nin gömrük məlumatlarına istinadən məlumat yayıb.

Belə ki, 11 ay ərzində ABŞ Rusiyadan 861,9 milyon dollar dəyərində palladium idxal edib. Bu da 1 il əvvələ nisbətən 20,2 % azdır və 2017-ci ildən bəri minimum göstəricidir.

Son xəbərlər

Orphus sistemi