ABŞ Rusiya və Belarusa qarşı sanksiyaları genişləndirib

ABŞ Rusiya və Belarusa qarşı sanksiyaları genişləndirib ABŞ Rusiya və Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib.
Digər ölkələr
142
15 Mart , 2022 20:02
ABŞ Rusiya və Belarusa qarşı sanksiyaları genişləndirib

ABŞ Rusiya və Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı yazılı məlumatda deyilir.

Nazirlik Rusiyanın hərbi rəhbərliyinin bir sıra nümayəndələrini sanksiya siyahısına daxil edib.

Məhdudiyyətlər Rusiya müdafiə nazirinin müavinləri Dmitri Bulqakov, Yunus-Bek Yevkurov, Timur İvanov, Aleksey Krivoruçko, Nikolay Pankov, Yuri Sadovenko, Ruslan Tsalikov və Gennadi Jidkoya qarşı tətbiq edilir.

Bundan başqa, siyahıda “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev və Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev də var. Sanksiyalar siyahısına Vaşinqtonun daha əvvəl də barəsində məhdudiyyətlər tətbiq etdiyi Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotov da daxil edilib.

Son xəbərlər

Orphus sistemi