ABŞ Rusiya istehsalı olan raket mühərriklərindən istifadə etməyəcək

ABŞ Rusiya istehsalı olan raket mühərriklərindən istifadə etməyəcək ABŞ Rusiya mühərriklərindən 2019-cu il üçün inmtina etməyi nəzərdə tutur
Digər ölkələr
3 İyun , 2015 21:32
ABŞ Rusiya istehsalı olan raket mühərriklərindən istifadə etməyəcək

Bakı. 3 İyun. REPORT.AZ/ Rusiyanın istehsalı olan RD-180 markalı raket mühərriklərinin əvəzinə ABŞ Hərbi-Hava Qüvvələri yeni raket mühərriki üzərində işlərə start verib. "Report" BBC-yə istinadən xəbər verir ki, hazırda hərbi peykləri kosmosa daşımaq üçün ABŞ-da Rusiya raketlərindən istifadə olunur.

Lakin ABŞ Rusiya mühərriklərindən 2019-cu il üçün inmtina etməyi nəzərdə tutur.

Amerikanın RD-180 raketlərindən imtina etməsi Vaşinqton tərəfindən Moskva ilə hərbi-texniki əməkdaşlığa yeridilmiş qadağa ilə bağlıdır. Həmin qadağa Vaşinqton tərəfindən Krımın ilhaqı ilə bağlı yeridilib.

Bununla bağlı Vaşinqton sentyabr ayınadək 4 şirkətlə 160 milyon dollarlıq müqavilə bağlamağı planlaşdırır.

Əsas namizədlər arasında mətbuatda United Launch Alliance (Lockheed Martin Corp və Boeing şirkətlərinin birgə müəssisəsi), SpaceX və Aerojet Rocketdyne Holdings Inc şirkətlərinin adı çəkilir.

2014-cü ilin dekabrında ABŞ Konqresi Ukrayna böhranında Moskvanın tutduğu mövgeyə və Krımın ilhaqına görə, senator Con Makkeynin düzəlişini qəbul edib.

Həmin düzəlişə görə, 2019-cu ilədək ABŞ Rusiya mühərriklərinin istifadəsindən tamamilə imtina etməlidir.

ABŞ Senatı 2015-ci ildə yeni raket mühərriklərinin layihələşdirlməsinə 125 milyon dollar məbləğində vəsaitin ayrılması barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi