ABŞ Rusiya ilə münasibətləri normallaşdırmaq üçün şərtlərini açıqlayıb

ABŞ Rusiya ilə münasibətləri normallaşdırmaq üçün şərtlərini açıqlayıb "Moskva mühakiməsiz və təcavüzkar davranışlarına son qoymalıdır"
Digər ölkələr
28 Mart , 2018 08:42
ABŞ Rusiya ilə münasibətləri normallaşdırmaq üçün şərtlərini açıqlayıb

Bakı. 28 mart. REPORT.AZ/ "Rusiya ABŞ və müttəfiqləri ilə münasibətləri yaxşılaşdırmaq üçün Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın həyatına sui-qəsddə günahkar olduğunu etiraf etməlidir."

“Report” xəbər verir ki, bunu Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert deyib.

Bundan əlavə, o bildirib ki, Moskva mühakiməsiz və təcavüzkar davranışlarına son qoymalıdır.

"Londonun Rusiyanın məsələdə günahını təsdiq edən sübutları Dövlət Departamentinə verdimi?" sualına o, birbaşa cavab verməkdən yayınıb: "Bu, ABŞ hökumətinin ən yüksək səviyyədə maraqlandığı bir işdir".

Son xəbərlər

Orphus sistemi