ABŞ Rusiya Baş Qərargahının nümayəndə heyətinə BMT konfransında iştirak etmək üçün viza verməyib

ABŞ Rusiya Baş Qərargahının nümayəndə heyətinə BMT konfransında iştirak etmək üçün viza verməyib BMT-də ABŞ-ın qlobal RƏM sistemlərinin yerləşdirilməsi problematikası üzrə brifinq keçirilib
Digər ölkələr
13 Oktyabr , 2017 00:07
ABŞ Rusiya Baş Qərargahının nümayəndə heyətinə BMT konfransında iştirak etmək üçün viza verməyib
Courtesy İmage

Bakı. 13 oktyabr. REPORT.AZ/ Rusiya Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti üzvlərinə BMT-də hərbçilərin Rusiya-Çin birgə konfransında iştirak etməsi üçün Amerika vizası verilməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov deyib.

Onun sözlərinə görə, cümə axşamı baş tutan brifinqdə general-leytenant Andrey Tretyakın başçılıq etdiyi nümayəndə heyətinin iştirakı planlaşdırılırdı.

Oktyabrın 12-də BMT-də Rusiya və Çin hərbçilərinin ABŞ-ın qlobal RƏM sistemlərinin yerləşdirilməsi problematikası üzrə brifinq keçirilib.

Son xəbərlər

Orphus sistemi