Yuxarı

ABŞ rəsmisi: "Suriyada humanitar yardım karvanına zərbəni ya Suriya, ya da Rusiya ordusu endirib"

Ben Rods: Hava zərbəsinə görə Rusiya məsuliyyət daşıyır

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Suriyada humanitar yardım karvanına hava zərbəsini ya Suriyanın silahlı qüvvələri, ya da Rusiya ordusu endirə bilər. ABŞ istənilən halda hesab edir ki, hava zərbəsinə görə Rusiya məsuliyyət daşıyır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müavini Ben Rods keçirdiyi brifinqdə deyib.

"Bizim məlumatlarımız aydın şəkildə göstərir ki, bu, hava zərbəsi olub. Bu, o deməkdir ki, hadisəyə görə iki subyekt məsuliyyət daşıyır – ya Suriya rejimi, ya da Rusiya hökuməti. Biz istənilən halda hesab edirik ki, hava zərbəsinə görə Rusiya hökuməti məsuliyyət daşıyır" – deyə o iddia edib.

Qeyd edək ki, Hələbdə humanitar karvana endirilmiş hava zərbəsinə görə ittiham edilən Rusiya rəsmiləri ittihamları rədd ediblər. Ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl ittihamları əsassız adlandırıb. Rusiyanın Müdafiə Nazirliyi də bəyan edib ki, Rusiya və Suriya aviasiyası humanitar karvana zərbə endirməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi