ABŞ rəsmisi NATO diplomatları ilə Rusiya və təhlükəsizliyi müzakirə edib

ABŞ rəsmisi NATO diplomatları ilə Rusiya və təhlükəsizliyi müzakirə edib ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman NATO-Rusiya Şurasının (NRC) Brüsseldə keçirilən iclasında ölkələrini təmsil edən Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın xarici işlər orqanlarının nümayəndələri ilə görüşüb.
Digər ölkələr
13 Yanvar , 2022 03:45
ABŞ rəsmisi NATO diplomatları ilə Rusiya və təhlükəsizliyi müzakirə edib

ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman NATO-Rusiya Şurasının (NRC) Brüsseldə keçirilən iclasında ölkələrini təmsil edən Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın xarici işlər orqanlarının nümayəndələri ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə Böyük Britaniyanın xarici işlər nazirinin müavini Ceyms Kleverli, Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreas Mixaelis, italiyalı diplomat Paskual Ferrara, Fransanın xarici işlər naziri Fransua Delatre və Şerman Rusiyanın Ukraynaya qarşı mümkün təcavüzünün qarşısını almaq üçün Amerika-Avropa səylərinin koordinasiyasını davam etdirəcəklərini vəd ediblər.

Onlar həmçinin məsələyə diplomatik yanaşmaya sadiq olduqlarını vurğulayıblar və Moskvanı gərginliyi azaltmağa çağırıblar.

Qeyd edək ki, yanvar ayının 12-də Belçikanın paytaxtı Brüsseldə Şimali Atlantika Alyansının mənzil-qərargahında NATO-Rusiya Şurasının iclası keçirilib. Bu gün, yanvarın 13-də isə ATƏT-in Vyana platformasında məsləhətləşmələr baş tutacaq.

Xatırladaq ki, dekabr ayında Rusiya ABŞ və NATO-nun təhlükəsizlik zəmanətləri ilə bağlı iki “müqavilə” layihəsini dərc edib. Moskva alyansın şərqə doğru genişlənməməsini, Ukraynanın bloka qoşulmamasını və keçmiş sovet respublikaları ərazisində hərbi bazaların yaradılmamasını istəyir.

Son xəbərlər

Orphus sistemi