ABŞ rəsmisi: İŞİD-in bazasında saxlanılan girovlar edam olunacaqdı

ABŞ rəsmisi: İŞİD-in bazasında saxlanılan girovlar edam olunacaqdı İraq təhlükəsizlik qüvvələrinin 21 üzvü daxil olmaqla ümumilikdə 70 girov azad edilib
Digər ölkələr
24 Oktyabr , 2015 02:02
ABŞ rəsmisi: İŞİD-in bazasında saxlanılan girovlar edam olunacaqdı

Bakı. 24 oktyabr. REPORT.AZ/ Birləşmiş Ştatların Müdafiə naziri Eşton Karter deyib ki, ABŞ və kürd qüvvələrin girovları azad etmək üçün keçirdiyi birgə reyd baş tutmasaydı İraqdaki İŞİD bazasında saxlanılan əsirlər edam olunacaqdı.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, mətbuat konfransında danışan Eşton Karter edam mərkəzi kimi təsvir etdiyi obyektdə girovlar üçün qəbirlərin qazıldığını da bildirib.

İŞİD qrupunun Kərkük şəhərindən qərbdə yerləşən obyektinə reyd zamanı İraq təhlükəsizlik qüvvələrinin 21 üzvü daxil olmaqla ümumilikdə 70 girov azad edilib.

Reyd eyni zamanda İŞİD terrorçularına qarşı bir il sürən kampaniyada ilk dəfə olaraq ABŞ qüvvələri tərəfindən də bir hərbçinin ölümülə nəticələnib. ABŞ hərbi qüvvələrinin serjantı Coşua Vieler həlak olub.

İraqda ABŞ-ın başçılığı ilə koalisiyanın sözçüsü, polkovnik Stiv Uorren kürd qüvvələrinin də əməliyyat zamanı tələfat verdiyini əlavə edib.

Son xəbərlər

Orphus sistemi