ABŞ administrasiyası və radikal “Taliban” hərəkatı ilə indiki mərhələdə nisbətən məhsuldar dialoq aparır.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest məlumat verib.
Onun sözlərinə görə, Vaşinqtonda hesab edirlər ki, Taliban “İŞİD” terror qruplaşması ilə mübarizəyə səmimi sadiqdir.
Tomas Uest əlavə edib ki, ABŞ hökuməti ilə “Taliban” arasında “Əl-Qaidə” terror qruplaşmasının Əfqanıstanda mövcudluğunun aradan qaldırılması zərurətinə dair məsləhətləşmələrin aparılmaması problem olaraq qalır.