ABŞ rəsmiləri İŞİD-ə qarşı mübarizə strategiyası ilə bağlı sualları cavablandırıb

ABŞ rəsmiləri İŞİD-ə qarşı mübarizə strategiyası ilə bağlı sualları cavablandırıb Qanunvericilər müdafiə naziri ilə Birləşmiş Qərargahlar rəisini sorğu-suala çəkiblər
Digər ölkələr
8 İyul , 2015 03:25
ABŞ rəsmiləri İŞİD-ə qarşı mübarizə strategiyası ilə bağlı sualları cavablandırıb

Bakı. 8 iyul. REPORT.AZ/ ABŞ Konqresinin Silahlı qüvvələr komitəsində keçirilən dinləmələrdə respublikaçı senatorlar İslam Dövləti qruplaşmasının üzvlərinə qarşı mübarizə səyləri ilə bağlı narazılıqlarını dilə gətiriblər.

"Report"un Amerikanın Səsi-nə istinadın verdiyi xəbərə görə, qanunvericilər müdafiə naziri Eşton Karter və Birləşmiş Qərargahlar rəisi general Martin Dempsini sorğu-suala çəkiblər.

Komitənin sədri, senator Con Makkeyn bazar ertəsi prezident Barak Obamanın Pentaqonda ABŞ-ın İŞİD-ə qarşı strategiyası ilə bağlı dediklərini cəfəngiyyat adlandırıb.

“Biz qalib gəlmirik. Müharibədə qalib gəlməyəndə isə məğlub olursan,” deyə Con Makkeyn bildirib. “İŞİD əjdaha deyil. O, məğlub edilə bilər və məğlub edilməlidir. Amma biz özümüzü hazırkı kampaniya ilə aldatsaq, bu heç vaxt baş verməyəcək.”

Müdafiə naziri Eşton Karter Amerikanın müxtəlif istiqamətlərdə səyləri nəticəsində Suriya və İraqda İŞİD-i qəti şəkildə məğlubiyyətə uğradacağını deyib.

“İlk və bəlkə də ən vacib yollardan biri siyasi yoldur,”-deyə Karter vurğulayıb. “Buraya İraqda daha effektiv, bütün qrupların təmsil olunduğu və müxtəlif məzhəbə mənsub nümayəndələrdən ibarət idarəçilik daxildir. Eyni zamanda, Birləşmiş Ştatlar Suriyada Bəşər Əl-Əsəd hökümətindən hamının təmsil olunduğu bir hökümətə keçid həyata keçirmək istəyir ki, onunla birgə İŞİD-ə qarşı mübarizə edə bilsin.” 

Son xəbərlər

Orphus sistemi