Bakı. 26 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp uşaq yaşlarında ikən ABŞ-a qeyri-qanuni yolla gələn 1,8 milyon insana ölkə vətəndaşlığının verilməsinə dair strategiyanı imzalamağa hazırdır.
"Report" "Reuter"ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev nümayəndələri bildirib.
Planın Senat tərəfindən bazar ertəsi müzakirə olunacağı gözlənilir. Sənədə əsasən, Konqres Meksika ilə sərhəddə hazarın tikintisi üçün 25 milyard dollar vəsait ayıracaq.
Yeni planla immiqrant ailələrə maliyyə dəstəyi mədudlaşdırılacaq və bəzi ölkələr üçün viza lotereyası dayandırılacaq.