ABŞ rəhbəri Lloyd Ostinin adını unudub

ABŞ rəhbəri Lloyd Ostinin adını unudub ABŞ prezidenti Cozef Bayden yanında dayanmış müdafiə naziri Lloyda Ostinin adını unudub
Digər ölkələr
10 Mart , 2021 03:30
ABŞ rəhbəri Lloyd Ostinin adını unudub
Co Bayden

ABŞ prezidenti Cozef Bayden çıxışı zamanı yanında dayanan Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostinin adını unudub.

“Report” xəbər verir ki, bunu “The Sun”ın yaydığı videokadrlar nümayiş əks etdirir.

Hadisə Baydenin öz çıxışını ABŞ ordusundakı qadın hərbçilərə həsr edərkən baş verib. Pentaqon başçısı Lloyd Ostin prezidentdən bir neçə metr məsafədə dayanıb, amma buna baxmayaraq, siyasətçi nə onun, nə də nazirliyin adını xatırlaya bilib.

"Mən həmçinin kat... keçmiş generala təşəkkür etmək istəyirəm. Mən onu general adlandırmağa davam edirəm, amma bu şəxs, kim o idarənin başında dayanır", - translyasiya zamanı prezident deyib.

Son xəbərlər

Orphus sistemi