Yuxarı
    Bağlamaq

    ​ABŞ Quantanamodan buraxılan terrorçuya görə 5 milyon dollar təklif edir

    İbrahim əl-Rubəyş 2006-cı ildə Quantanamodan azad edilib

    Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ hökuməti 2006-cı ildə Quantanamo həbsxanasından azad edilən İbrahim əl-Rubəyşin yeri barədə məlumat verən şəxsə 5 milyon dollar ödəməyə hazırdır.

    "Report" xəbər verir ki, Əl-Rubəyş azad olunduqdan sonra "Ərəbistan Yarımadasında Əl-Qaidə" təşkilatının tərkibində terror fəaliyyəti ilə məşğul olmağa başlayıb.

    Birləşmiş Ştatlar onun adını təhlükəli cinayətkarlar siyahısına daxil edib.

    Əl-Rubəyş Quantanamo həbsxanasında 2002-ci ildən 2006-cı ilədək olub. Amerika hakimiyyətinin məlumatına görə, o, hazırda "Əl-Qaidə"nin tərkibində rəhbər vəzifələrdən birini tutur və bilavasitə terror aktlarının planlaşdırılması və hazırlanmasında iştirak edir.

    Əl-Rubəyş avqust ayında açıq bəyanatla çıxış edərək, bütün müsəlmanları Birləşmiş Ştatlara qarşı müharibəyə səsləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi