ABŞ qoşunlarının bir hissəsi Suriyada qala bilər

ABŞ qoşunlarının bir hissəsi Suriyada qala bilər Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan tam çıxarılması barədə qərarına baxmayaraq, hərbçilərin bir hissəsi qeyri-müəyyən müddətə qədər ərəb ölkəsinin cənubunda qala bilər.
Digər ölkələr
5 Yanvar , 2019 23:55
ABŞ qoşunlarının bir hissəsi Suriyada qala bilər

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan tam çıxarılması barədə qərarına baxmayaraq, hərbçilərin bir hissəsi qeyri-müəyyən müddətə qədər ərəb ölkəsinin cənubunda qala bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü ABŞ administrasiyasındakı mənbəyə istinadən NBC teleşirkəti məlumat yayıb.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar qoşunların çıxarılması üçün konkret vaxt müəyyən etməyib. Mənbə bildirib ki, bununla belə onlar hesab edirlər ki, Suriya ərazisində fəaliyyət göstərən İŞİD terror təşkilatının yerdə qalan yaraqlıları üzümüzə gələn həftələrdə məhv edilə bilər.

Son xəbərlər

Orphus sistemi